21 May 2026, 09:20
FUTBOL
PSJ "Porto"nun qapıçısı Dioqo Kostanın xidmətində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Mercado Azul" məlumat yayıb.
Bildirilir ki, Fransa təmsilçisi artıq oyunçunun və Portuqaliya klubunun nümayəndələri ilə bir neçə görüş keçirib.
Son görüş həlledici olub, çünki Fransa klubu qapıçı üçün 60 milyon avroluq satınalma maddəsini ödəməyə hazır olduğunu bildirib. Bu məbləğ "Porto" tərəfindən məqbul hesab olunur.
Paris klubu danışıqları sürətləndirib və dünya çempionatından əvvəl prosesi başa çatdırmaq niyyətindədir.






_1692637766.png)


_1779379686.jpg)



