Çağlar Söyüncü "Fənərbaxça"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Türkiyə millisinin üzvü İstanbul klubunun gələcək planlarına daxil deyil. Yay transfer pəncərəsi zamanı 29 yaşlı mərkəz müdafiəçisi üçün gələn təkliflər dəyərləndiriləcək.

Qeyd edək ki, Çağlar Söyüncü 2024-cü ilin yanvarından "Fənərbaxça"da çıxış edir. Təcrübəli futbolçu bu müddət ərzində komandanın heyətində keçirdiyi 75 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest