21 May 2026, 12:44
FUTBOL
"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso rəhbərlikdən üç mövqeyə transfer istəyib.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" portalı məlumat yayıb.
İspaniyalı mütəxəssisin qapı xətti üçün əsas namizədi "Milan"da çıxış edən Mayk Menyandır. Alonso müdafiə xəttini "Sportinq"in formasını geyindən Usman Diomande ilə gücləndirmək istəyir. Hücum xətti üçün əsas hədəf isə "Qalatasaray"ın ulduzu Viktor Osimhendir. London klubu üç futbolçu üçün də hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, Xabi Alonso iyulun 1-də "Çelsi"də işə başlayacaq. 44 yaşlı məşqçi Premyer Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.






_1692637766.png)


_1779379686.jpg)



