22 May 2026, 01:31
FUTBOL
2025/2026-cı illər mövsümünün 34-cü turunun son oyunu olan "Əl-Nəsr" və "Damak" arasında keçirilən
Səudiyyə Ərəbistanı Pro Liqasında cari mövsüm başa çatıb.
Matc.az xəbər verir ki, son turda "Əl-Nəsr" doğma meydanda "Damak"ı qəbul edib.
Ər-Riyaddakı "Əl-Əvvəl Park"da baş tutan qarşılaşmada meydan sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. Görüşdə dubla imza atan Ronaldo komandasının qələbəsində böyük pay sahibi olub.
Bu qələbədən sonra aktivində 86 xalı olan "Əl-Nəsr" mövsümü birinci yerdə tamamlayaraq çempion olub. "Əl-Hilal" isə mövsümü 84 xalla ikinci yerdə tamamlayıb.
Qeyd edək ki, "Əl-Nəsr" ümumilikdə 11 dəfə ölkə çemionu olub.













