23 May 2026, 15:08
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes 2025/26 mövsümü üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı turnirin mətbuat xidməti yayıb.
Bu mövsüm portuqaliyalı yarımmüdafiəçi Premyer Liqada 34 oyunda meydana çıxıb, 8 qol vurub və 20 məhsuldar ötürmə edib. Fernandes İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox məhsuldar ötürmə rekorduna çatıb.
Qeyd edək ki, Premyer Liqada mövsümün son turunda "Mançester Yunayted" sabah "Brayton"la qarşılaşacaq.













