Kanada millisinin baş məşqçisi Cessi Marş DÇ-2026-nın 1/16 finalında CAR üzərində qazanılan qələbəni (1:0) və komandasının tarixi uğurunu şərh edib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikirlərini BBC yayıb.
Cessi Marş oyunsonu açıqlamasında planlarının tam işlədiyini bildirib:
"Rəqibin boş sahələrdə təhlükəli olduğunu və keçid anlarında yaxşı oynadığını bilirdik. Buna görə də oyunun bəzi məqamlarda xaotik keçəcəyini gözləyirdik. Bizim əsas vəzifəmiz strukturu qorumaq və intensivliyi artırmaq idi. Planımız əvəzetmələr sayəsində güclənmək və lazımi anda rəqibi cəzalandırmaq üzərində qurulmuşdu. Matç boyu şanslarımız oldu, lakin son vuruşlarda soyuqqanlılıq çatışmırdı. Son dəqiqələrdə top Stivə gələndə sadəcə qapıya dəqiq zərbə vuracağını və bizə şans qazandıracağını düşünürdüm, o isə qol vurdu. Bu uşaqların nə qədər əmək sərf etdiyini və necə xarakter nümayiş etdirdiyini düşünmədən edə bilmirəm. Oyundan sonra onları Kanadanın qəhrəmanları adlandırdım. Onlara görə çox şadam".
Qeyd edək ki, qarşılaşmada yeganə qolu 90+2-ci dəqiqədə Stefan Eustaquio vurub. Bu qələbə ilə 1/8 finala yüksələn Kanada növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.













