Hadisə Kaliforniyanın San-Xose şəhərindəki San-Pedro meydanında qeydə alınıb. San-Fransisko körfəzi yaxınlığındakı bu məkanda yerli sakinlər dünya çempionatının qarşılaşmalarını izləmək üçün müntəzəm olaraq toplaşırmışlar.

ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hadisə Kaliforniyanın San-Xose şəhərindəki San-Pedro meydanında qeydə alınıb. San-Fransisko körfəzi yaxınlığındakı bu məkanda yerli sakinlər dünya çempionatının qarşılaşmalarını izləmək üçün müntəzəm olaraq toplaşırmışlar.

İnsidentdən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Hadisənin baş verdiyi bütün ərazi tamamilə bağlanıb, ətrafdakı barlar isə fəaliyyətini müvəqqəti dayandırıb.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-də DÇ-2026-nın Meksika - Cənubi Koreya matçının yayımı zamanı da bənzər atışma hadisəsi baş vermişdi.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest