"Araz-Naxçıvan" yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq.

"Araz-Naxçıvan" yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İlk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək bu mərhələdə "qırmızı-ağlar" 3 oyunda gücünü sınayacaq. İyulun 24-də "İmişli", ayın 31-də isə "Şəfa" sparrinq-rəqib olacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.

Avqustun ilk 2 günündə istirahət edəcək "Araz-Naxçıvan" ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib.

Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest