İvan Yuriç "Montsa"nın baş məşqçisi vəzifəsinə təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin şərtləri və müddəti açıqlanmır. Yuriç cari ilin 1 iyul tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.
50 yaşlı xorvatiyalı mütəxəssis baş məşqçi postunda Paolo Byankonu əvəz edib. Byanko 2025/26 mövsümünün nəticələrinə görə klubu A Seriyasına qaytarmağı bacarmışdı.
Yuriçin son iş yeri 2025-ci ilin iyunundan noyabrınadək rəhbərlik etdiyi "Atalanta" olub. Bir neçə gün əvvəl tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Karyerası ərzində Yuriç daha əvvəl İtaliyanın "Mantova", "Krotone", "Cenoa", "Verona", "Torino", "Roma" və İngiltərənin "Sauthempton" klublarında işləyib.













