"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya Futbol İttifaqı ilə müqavilə şərtlərini razılaşdırıb və milli komandanın sükanı arxasına keçəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, sözləşmə Mərakeş, Portuqaliya və İspaniyada təşkil olunacaq 2030-cu il dünya çempionatını da əhatə etməklə 2030-cu ilə qədər nəzərdə tutulub.
Kloppun təyinatı Yulian Naqelsmanın milli komandanın 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya uduzaraq turnirdən kənarlaşmasından sonra istefa vermək qərarının ardınca reallaşıb.
Almaniya Futbol İttifaqı rəsmiləri, Klopp və onun agenti arasında danışıqların final mərhələsi cümə və şənbə günləri Nyu-Yorkda planlaşdırılıb.
Mütəxəssisin 2025-ci ilin yanvarından bəri qlobal futbol şöbəsinin rəhbəri vəzifəsini icra etdiyi "Red Bull" strukturu ilə əməkdaşlığına xitam verilməsi məsələsi də həllini tapıb. Bu ayrılıq Almaniya Futbol İttifaqı ilə tamhüquqlu müqavilə imzalandıqdan dərhal sonra hüquqi cəhətdən rəsmiləşəcək.













