İngiltərə millisinin müdafiəçisi Carel Kvansa dünya çempionatının 1/8 finalında Meksikaya qarşı keçirilən matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya edilib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı futbolçu Xesus Qalyardoya qarşı etdiyi kobud müdaxiləyə görə görüşün 54-cü dəqiqəsində meydandan qovulub. Baş hakim Əlireza Fəqani əvvəlcə qırmızı vərəqə göstərməsə də, VAR baxışından sonra qərarını dəyişərək ingiltərəli oyunçunu cəzalandırıb.

FİFA-nın İntizam Komitəsi Kvansanın qaydaları ciddi şəkildə pozduğunu əsas gətirərək, onun 2 oyunluq kənarlaşdırılmasına qərar verib. Beləliklə, müdafiəçi Norveçlə keçiriləcək 1/4 final matçını, həmçinin İngiltərə növbəti mərhələyə yüksələcəyi təqdirdə, Argentina – İsveçrə cütlüyünün qalibi ilə baş tutacaq potensial yarımfinal görüşünü buraxmalı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest