"Goal" portalı cari mövsümün yekunlarına əsasən "Qızıl top" mükafatına 20 əsas namizədin reytinqini təqdim edib.

Matc.az xəbər verir ki, hazırda əsas favorit İngiltərə millisinin və Münhen "Bavariya"sının hücumçusu Harri Keyndir.

Keynin əsas rəqibləri qismində onun klub yoldaşı Maykl Olise və Fransa yığmasındakı həmkarı Kilian Mbappe göstərilir.

Argentina millisinin hücumçusu Lionel Messi isə reytinqdə beşinci sırada qərarlaşıb.

"Goal" versiyasına görə "Qızıl top"a namizəd olan TOP-20:

1. Harri Keyn ("Bavariya", İngiltərə millisi)
2. Maykl Olise ("Bavariya", Fransa millisi)
3. Kilian Mbappe ("Real", Fransa millisi)
4. Usman Dembele (PSJ, Fransa millisi)
5. Lionel Messi ("İnter Mayami", Argentina millisi)
6. Erlinq Haland ("Mançester Siti", Norveç millisi)
7. Lamin Yamal ("Barselona", İspaniya millisi)
8. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi)
9. Deklan Rays ("Arsenal", İngiltərə millisi)
10. Luis Dias ("Bavariya", Kolumbiya millisi)
11. Əşrəf Hakimi (PSJ, Mərakeş millisi)
12. Vitinya (PSJ, Portuqaliya millisi)
13. Vinisius Junior ("Real", Braziliya millisi)
14. Mikel Oyarzabal ("Real Soseydad", İspaniya millisi)
15. Qabriel Maqalaynş ("Arsenal", Braziliya millisi)
16. Lautaro Martines ("İnter", Argentina millisi)
17. Bruno Fernandes ("Mançester Yunayted", Portuqaliya millisi)
18. Bukayo Saka ("Arsenal", İngiltərə millisi)
19. Cud Bellinqem ("Real", İngiltərə millisi)
20. İsmael Saybari ("Bavariya", Mərakeş millisi)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest