Fransa millisinin dünya çempionatının 1/4 finalındakı qələbə sevinci faciə ilə başa çatıb.
Matc.az xəbər verir ki, bu barədə "La Voix du Nord" qəzeti məlumat yayıb.
Bildirilir ki, ölkənin şimalındakı Nor departamentində təşkil olunan bayram şənlikləri zamanı bir nəfər dünyasını dəyişib. Hadisə iyulun 10-na keçən gecə qeydə alınıb. Küçəyə axışan azarkeşlərin arasında olan 17 yaşlı qız hərəkətdə olan yük maşınının arxa hissəsinə dırmaşıb. Lakin nəqliyyat vasitəsi dairəvi yolda dönmə əməliyyatı yerinə yetirərkən gənc qız müvazinətini itirərək arxa təkərlərin altına yıxılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Fransa yığması 1/4 finalda Mərakeşi 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Onlar növbəti oyununu iyulun 14-də İspaniya - Belçika cütünün qalibinə qarşı keçirəcək.













