"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubuna transfer olunub.

"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Qarabağ" futbolçunun şəxsi istəyini və Qlazqo təmsilçisinin rəsmi təklifini nəzərə alaraq keçidə müsbət cavab verib. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və yekun razılıq əldə olunub.

2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı forvard komandanın heyətində meydana çıxdığı 45 rəsmi oyunda 15 qol vurmağı bacarıb.

O, Ağdam klubunun heyətində UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa vəsiqə qazanmasında pay sahibi olub.

Klub rəhbərliyi Durana göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest