10 İyul 2026, 13:09
FUTBOL
"Beşiktaş" İtaliyanın "Napoli" klubunun hücumçusu Romelu Lukakunun transferi ilə bağlı danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, İstanbul təmsilçisi Belçika millisinin 33 yaşlı oyunçusu üçün 5 milyon avro təklif etməyə hazırdır. Neapol klubu isə təcrübəli forvardın keçidi müqabilində 10 milyon avro tələb edir.
Lukakunun "Napoli" ilə hazırkı müqavilə müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, ulduz hücumçu 2026-cı il dünya çempionatında meydana çıxdığı 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













