"Əl-Hilal"ın və Mərakeş millisinin qapıçısı Yassin Bunu dünya çempionatları tarixinə düşərək rekordu təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
Bildirilir ki, təcrübəli qolkiper Fransa yığmasına qarşı keçirilən dünya çempionatının 1/4 final matçının 28-ci dəqiqəsində Kilian Mbappenin penalti zərbəsini dəf edib. Oyunsonrası seriyalar da daxil olmaqla, bu, 35 yaşlı mərakeşli qapıçının qapısına dünya çempionatlarında vurulan 9-cu penalti olub. Bu zərbələrdən yalnız 2-si qolla nəticələnib. 4 zərbəni özü qaytarıb, daha 3 zərbə isə qapı çərçivəsinə düşməyib.
Bununla da o, dünya çempionatlarında ən çox penalti dəf edən qapıçıların rekorduna şərik olub. Ondan başqa Harald Şumaxer, Dominik Livakoviç, Daniel Subaşitç, Serxio Qoykoeçea və İker Kasilyas da dünya çempionatlarında 4 penalti zərbəsini qaytarmağı bacarıblar.
Qeyd edək ki, Bununun bu möhtəşəm seyvi Mərakeş millisini məğlubiyyətdən xilas etməyib və komanda Fransaya 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb













