"Milan"ın və Portuqaliya millisinin vingeri Rafael Leau karyerasını İngiltərənin "Tottenhem" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

Bildirilir ki, Leau cari ilin yayında "Milan"dan ayrılacaq. 2019-cu ildən bəri davam edən əməkdaşlığı sonlandırmağı hər iki tərəf istəyir.

27 yaşlı vinger "rossoneri"nin yeni baş məşqçisi, həmyerlisi Ruben Amorimin planlarına daxil deyil. İtaliya klubu Leaunun keçidi müqabilində ən azı 60 milyon avro qazanmaq niyyətindədir. Klub rəhbərliyi, həmçinin 70 milyon avroluq satınalma şərti ilə icarə variantına da baxa bilər.

Öz növbəsində, bu yay heyətdə ciddi yenidənqurma işləri aparan "Tottenhem" portuqaliyalı vingerin hesabına heyətini gücləndirməyə çalışır.

Xatırladaq ki, London təmsilçisi daha əvvəl Sandro Tonali üçün 117 milyon avro ödəyərək klub tarixinin rekord transferinə imza atmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest