Niderland millisinin sabiq futbolçusu Mark van Bommel Belçika yığmasının baş məşqçisi postuna gətiriləcək.

Matc.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, Mark van Bommelin təyinatı tamamilə razılaşdırılıb. İndi yalnız sənədlərin imzalanması prosesi qalıb. Tərəflər arasında bağlanacaq müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.

Daha əvvəl Belçika Futbol Federasiyası rəsmi saytı vasitəsilə milli komandanın baş məşqçisi Rudi Qarsiya ilə müqaviləni yeniləməyəcəyini açıqlamışdı. Həmin müqavilənin müddəti cari il iyulun 31-də başa çatır.

Belçika yığması 2026-cı il dünya çempionatında 1/4 finala qədər irəliləyib və bu mərhələdə İspaniyaya 1:2 hesabı ilə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest