22 İyul 2026, 12:06
FUTBOL
Xorvatiyalı mərkəz yarımmüdafiəçisi Luka Modriç "Milan"la müqaviləsini yeniləməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
40 yaşlı futbolçu qısamüddətli müqavilə imzalamaq üçün kluba şifahi razılıq verib, həmçinin o, bu məsələni komandanın baş məşqçisi Ruben Amorimlə artıq müzakirə edib.
Modriçin 4,5 milyon avro maaşla 1 mövsümlük müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin iyulundan "Milan"da çıxış edir və "rossonerlər"in forması ilə 37 matçda meydanda olub (2 qol və 3 assist).












