"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb. I qrupda mübarizə aparan bakılılar I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Yunanıstanın Veriya şəhərindəki eyniadlı stadionda baş tutan görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün oyunsonrası penalti seriyasına müraciət olunub. Zərbələri daha dəqiq yerinə yetirən baş məşqçi Siyasət Əsgərovun yetirmələri 4:3 hesabı ilə qalib gəliblər.
Bu, Azərbaycan qadın futbolu tarixində Çempionlar Liqası turnirində qazanılan ilk qələbədir.
Qeyd edək ki, "Neftçi" növbəti matçda PAOK – "Hapoel" (Yerusəlim) cütünün qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz həmin oyunda da üstün olsa, II təsnifat mərhələsinə vəsiqə qazanacaq.