Luis de la Fuente baş məşqçi karyerasını İspaniya millisində davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "AS" idman nəşri məlumat yayıb.

Bildirilir ki, İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Lousan 65 yaşlı mütəxəssislə müqavilənin müddətinin uzadılması barədə danışıqlara başlamaq niyyətindədir. Çalışdırıcının hazırkı sözləşməsi 2028-ci il iyulun 31-də, yəni növbəti Avropa çempionatının başa çatması ilə yekunlaşır.

Federasiya rəhbərliyi "Qırmızı Furiya"nı Millətlər Liqasının (2022/23), Avropa çempionatının (2024) və dünya çempionatının (2026) qalibi edən baş məşqçinin işindən tamamilə razıdır. Xatırladaq ki, təcrübəli mütəxəssis yığmaya 2021-ci ilin yayından rəhbərlik edir.

Qurum rəhbəri hesab edir ki, komandanı növbəti dünya çempionatına məhz de la Fuente hazırlamalıdır. Lousan müqavilənin müddətini daha 2 il uzatmaq və qazanılan uğurlara uyğun olaraq maliyyə şərtlərini yaxşılaşdırmaq istəyir.

Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Açılış matçları isə ilk dünya çempionatının 100 illik yubileyi şərəfinə Argentina, Paraqvay və Uruqvayda təşkil olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest