"Real" gənc futbolçusu Franko Mastantuononu icarəyə verməyə hazırdır. Madrid təmsilçisi gənc ulduzunun oyun təcrübəsi qazanması üçün bu addımı atmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, vingerin mümkün icarə müqaviləsində birdəfəlik satın alma hüququ nəzərdə tutulmayacaq. Bu keçid cari ilin yanvarında Endrikin "Lion" klubuna transferi ssenarisi ilə eynilik təşkil edəcək.

Mastantuononun xidmətində İspaniya və digər ölkələrdən ümumilikdə 5-dən çox klub maraqlıdır.

18 yaşlı argentinalı futbolçu "Real"a "River Pleyt" klubundan 63,2 milyon avro qarşılığında transfer olunub. Gənc vinger La Liqada geridə qalan mövsümdə meydana çıxdığı 23 matçda 1 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest