Cənubi Koreya milli komandasının hücumçusu Li Ceyonq 2026/27 mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.
Cənubi Koreya milli komandasının hücumçusu Li Ceyonq 2026/27 mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə regional klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Koreya voleybolunun ən tanınmış oyunçularından biri olan Li Ceyonq yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında "Turan"ın uğurları üçün mübarizə aparacaq.
Hücumçu karyerası ərzində 2014–2021-ci illərdə ölkəsinin "Hunquk Pink Spaydərs" kollektivində, 2025/26 mövsümündə isə Yaponiyanın "Viktorina Himeci" klubunda çıxış edib.
O, 2014/15 mövsümündə Koreya V-Liqasının ən yaxşı gənc oyunçusu seçilib, dörd dəfə turnirin rəmzi heyətinə düşüb, iki dəfə müntəzəm mövsümün, bir dəfə isə final seriyasının ən dəyərli voleybolçusu (MVP) adını qazanıb. Li Ceyonq 2015–2019-cu illərdə Koreya çempionatında dörd mövsüm ardıcıl ən çox xal qazanan, ən məhsuldar və hücumlarda ən yüksək effektivlik göstərən oyunçu olub.













