"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalskinin yaxın günlərdə komandadan ayrılacağı gözlənilir.
Matc.az xəbər verir ki, 26 yaşlı qolkiper Azərbaycani Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"la keçirilən qarşılaşmadan (3:2) sonra tribunalara yaxınlaşaraq azarkeşlərlə vidalaşıb.
Karyerasını yenidən ölkəsində davam etdirməyə hazırlaşan Koxalskinin Krakovun "Vyeçista" klubu ilə anlaşdığı bildirilir. Ağdam təmsilçisinin bu transferdən təxminən 500 min avro qazanc əldə edəcəyi iddia olunur.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında rəsmi müqavilənin hələ imzalanmadığını, lakin danışıqların aparıldığını təsdiqləyib.
Polşalı qapıçı 2024-cü ilin yayından bəri Ağdam klubunun şərəfini qoruyur.



_1788796301.jpg)









