Kral Belçika Futbol Assosiasiyası (RBFA) ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il dünya çempionatındakı diskvalifikasiyasının ləğv edilməsi işini Canni İnfantinonun növbəti müddətə FİFA prezidenti vəzifəsinə namizədliyini dəstəkləməməsinin əsas səbəblərindən biri kimi göstərib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, Belçika futbol qurumu dünya çempionatının 1/8 finalında Rudi Qarsiyanın komandasına qarşı keçirilən oyundan əvvəl Baloqunun cəzasının ləğv edilməsi ilə bağlı FİFA-dan hələ də qənaətbəxş cavab almadığını bəyan edib.

Bundan əlavə, RBFA İnfantinonun dünya çempionatının səhmlərini özəl investorlara satmağı nəzərdə tutan "FIFA Forward Enterprise" (FFE) şirkətini yaratmaqla bağlı uğursuz planından da narazıdır. Qurumdan vurğulanır ki, Beynəlxalq Futbol Federasiyası bu qərarları qəbul edərkən lazımi şəffaflığı nümayiş etdirməyib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının 1/8 finalındakı Belçika ilə matçdan əvvəl FİFA-nın İntizam Komitəsi Canni İnfantinonun ABŞ prezidenti Donald Trampla söhbətindən sonra Folarin Baloqunun diskvalifikasiyasını dayandırıb və bu, hücumçunun oyunda iştirakına şərait yaradıb. Tramp bu qərara görə FİFA-ya açıq şəkildə təşəkkür edib. Sonradan FİFA prezidenti Trampla belə bir dialoqun olduğunu təsdiqləsə də, amerikalı liderin Baloqunla bağlı intizam araşdırmasına hər hansı müdaxiləsini təkzib edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest