Gövhər Beydullayeva: Şuşa turniri heç vaxt unudulmayacaq
"Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq". Matc.az xəbər verir ki, bunu "Shusha Chess 2022" beynəlxalq turnirində iştirak edən Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva yarışın rəsmi saytına açıqlamasında deyib.