21 Oktyabr 2022, 00:24
                
                                DİGƏR 
                                
              İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 9-cu tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
				  
	Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
	Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb. O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.
	İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.