18 Oktyabr 2022, 23:55
                
                
                
                                DİGƏR 
                                
                
               
              Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində 1/4 final görüşünə çıxıb
				  
 
	Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid" turnirində 1/4 final görüşünə çıxıb. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib.
	Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib. O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
	Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.
				
         	
                                             
               
 
             
 















