AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels millisi ciddi itki ilə üzləşib. Yarımmüdafiəçi Devid Bruks uzun müddətə sıradan çıxıb. "Bornmut"un futbolçusu yoxlama görüşündə topuq nahiyəsindən xəsarət alıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels millisi ciddi itki ilə üzləşib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Devid Bruks uzun müddətə sıradan çıxıb.

"Bornmut"un futbolçusu "Brendfort"la (3:1) yoxlama görüşündə topuq nahiyəsindən xəsarət alıb. Həkim müayinəsindən sonra zədənin ciddi olduğu aşkarlanıb. 22 yaşlı pleymeyker gələn həftə əməliyyat olunacaq və sağalma prosesi təxminən 3 ay çəkəcək. Bu isə o deməkdi ki, Bruks Premyer Liqanın ilk turları ilə yanaşı, millinin qarşıdakı matçlarını da buraxacaq.

Gənc futbolçu konkret olaraq Azərbaycan, Slovakiya və Xorvatiya ilə matçları buraxacaq. Sentyabrın 6-da millimizi qəbul edəcək britaniyalılar oktyabrın 10-da Slovakiyanın qonağı olacaq, 13-də isə Xorvatiya ilə doğma meydanında üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest