"Əgər məğlub oluruqsa, həm məşqçi, həm də futbolçular bərabər məsuliyyət daşıyır. Yalnız soyuqqanlılığı qoruyub özümüzə inansaq, qələbələr geri qayıdacaq"
"Krasnodar"ın baş məşqçisi Murad Musayev komandasının son 6 oyunda qələbə qazana bilməməsi barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis uğursuz seriya zamanı emosional vəziyyəti necə idarə etməsi ilə bağlı suala cavab verərkən həmrəyliyin vacibliyini vurğulayıb:
"Bəzən 11 oyunluq qələbə seriyanız olur, bəzən isə uğursuz dövrlər yaşayırsınız. Həyat belədir, işlər həmişə qaydasında getmir. Ən əsası odur ki, biz birlikdə olaq, həmrəylik nümayiş etdirək və günahkar axtarmayaq. Əgər məğlub oluruqsa, həm məşqçi, həm də futbolçular bərabər məsuliyyət daşıyır. Yalnız soyuqqanlılığı qoruyub özümüzə inansaq, qələbələr geri qayıdacaq”.
Musayev bildirib ki, komandanın böyük potensialı var: “Biz çox müzakirələr aparırıq və nələri fərqli etməli olduğumuzu yaxşı anlayırıq. Belə dövrlərdən keçmək lazımdır, narahatlığa heç bir əsas yoxdu. Bunların hamısı futbolun bir hissəsidi".










_1694184644.jpg)


