22 Oktyabr 2026, 17:58
FUTBOL
"Mbappe, Lamin Yamal, Rodri və hətta Harri Keynin də şansı var. Düşünürəm ki, bu il rəqabət son dərəcə gərgindir və hər kəs zəfər çalacaq potensialdadır"
Madrid “Real”ının keçmiş yarımmüdafiəçisi Guti bu il “Qızıl top” (Ballon d’Or) uğrunda rəqabətin son dərəcə gərgin keçəcəyini və hər bir namizədin qalib gəlmək şansının olduğunu bildirib.
Nüfuzlu mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq.
Matc.az xəbər verir ki, “El Klasiko”dan bir gün sonra keçiriləcək tədbirlə bağlı gözləntilərini bölüşən ispaniyalı sabiq futbolçu bunları deyib: “Mən Kilian Mbappenin qalib gəlməsini istərdim, amma hər şey ola bilər – nəticə tamamilə qeyri-müəyyəndir. Mbappe, Lamin Yamal, Rodri və hətta Harri Keynin də şansı var. Düşünürəm ki, bu il rəqabət son dərəcə gərgindir və hər kəs zəfər çalacaq potensialdadır. Əlbəttə, Mbappe və ya Lamin qalib gəlsə, buna təəccüblənmərəm. Hər ikisini möhtəşəm futbolçu hesab edirəm”.













