“Liverpul”un əfsanəvi yarımmüdafiəçisi Stiven Cerrard “Bavariya”nın  hücumçusu Harri Keynin ünvanına təriflər yağdırıb. Matc.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu UEFA Çempionlar Liqasının III turunda “Arsenal”la oyunda qol və məhsuldar ötürmə ilə yadda qalan həmyerlisinin performansını yüksək qiymətləndirib.

“Gəlin, sadəcə bu böyüklükdən zövq alaq. O, yəqin ki, tarixin ən yaxşı ingilis futbolçusudur və bu, ona verə biləcəyim ən yüksək tərifdi. Çünki tariximizin böyük oyunçularından danışarkən, Harri Keyn də onların arasında ən ön sıralarda yer alır” – deyə, Cerrard bildirib.

Xatırladaq ki, “Bavariya” – “Arsenal” görüşü 2:2 hesabı ilə başa çatıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest