22 Oktyabr 2026, 18:21
FUTBOL
Transfer reallaşacağı təqdirdə, klubda rusiyalı cinah oyunçusu Aleksey Batrakovun da yer alması Kislyakın yeni komandaya uyğunlaşmasını asanlaşdıra bilər.
“Qalatasaray” ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyakın transferi ilə bağlı Moskva klubu ilə danışıqlara başlamağı planlaşdırır. Matc.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yaxın vaxtlarda ÇSKA-ya rəsmi təklif göndərməyi və transferi qış transfer pəncərəsində yekunlaşdırmağı hədəfləyir.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk rusiyalı futbolçunun komandaya cəlb olunmasında şəxsən maraqlıdır. Transfer reallaşacağı təqdirdə, klubda rusiyalı cinah oyunçusu Aleksey Batrakovun da yer alması Kislyakın yeni komandaya uyğunlaşmasını asanlaşdıra bilər.
Kislyak bu mövsüm ÇSKA-nın heyətində 14 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.













