“Barselona” prezidenti Joan Laportanın müşaviri Enrik Masip Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonun ictimai çıxışlarını və mətbuat konfranslarındakı davranışını tənqid edib.
 
“Kimsə “qəribə hadisələrdən” danışırsa, başqa bir məşqçinin gözünə barmaq soxmaqdan daha qəribə nə ola bilər? Bax, əsl qəribə hadisə budur!” - Masip 2011-ci ildə İspaniya Superkuboku zamanı Mourinyo ilə Tito Vilanova arasında baş vermiş insidentə işarə edərək bildirib.
 
Onun sözlərinə görə, işlər planlaşdırıldığı kimi getmədikdə, başqalarını ittiham etməkdənsə, insan ilk növbədə öz davranışına nəzər salmalıdır.
 
“Onlar başqalarına zərər vurmağa çalışırlar, çünki buna imkanları var. Ancaq insanlar artıq onlara inanmırlar. Mourinyo daim kinayəli ifadələrdən istifadə edir. Sadəcə, Fliklə Mourinyonun mətbuat konfranslarını müqayisə edin. Flik özünü haqsızlığa uğramış hesab etdiyi hallarda belə, rəqiblərinə, futbolçulara və rəqib komandanın baş məşqçisinə necə hörmətlə yanaşdığına diqqət yetirin. Bunlar “Barselona”nın dəyərləridir”.
 
Çox şey demək olardı, amma siz susmağa üstünlük verirsiniz. Mourinyo və ‘Real Madrid’ üçün günah həmişə başqalarındadır”, — deyə Masip vurğulayıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest