AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının emblemi dəyişdirilir. Bununla bağlı son proseslər görülür. Yeni emblemdə daha cəsur əjdəha təsvir edilib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının emblemi dəyişdirilir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bununla bağlı son proseslər görülür.

Yeni emblemdə daha cəsur əjdəha təsvir edilib. Yerli federasiya bunun komandaya müsbət təsir edəcəyini və Uels futbolu üçün yeni eranın başlanğıcı olacağını düşünür. Britaniyalılar AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti görüşünü artıq yeni emblemlə keçirəcəklər.

Uels yığmasının növbəti oyunu sentyabrın 6-da məhz Azərbaycan millisinə qarşı olacaq. Görüş "Kardiff" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest