Belçikanın “Anderlext” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub Fransa təmsilçisi “Monako”dan Naser Şadlini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu 1 illik icarəyə götürülüb.
 
Karyerası ərzində “Apeldorn”, “Tvente”, “Tottenhem”, “Vest Bromviç” kimi klublarda oynamış Belçika yığmasının üzvü, 2018-ci ilin avqust ayından “Monako”da çıxış edirdi. O, bu komandada cəmi 11 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest