"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Şimali İrlandiya klubu ilə görüşlərin başlama saatı açıqlanıb. İlk görüş avqustun 22-də Belfastda keçiriləcək.

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, Şimali İrlandiya klubu ilə görüşlərin başlama saatı açıqlanıb.

Qrupa düşmək uğrunda ilk görüş avqustun 22-də Belfastda keçiriləcək. "Vindsor Park"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest