AVRO-2020-nin azarkeşləri arasında fristaylerlərin seçim mərhələsinə start verilib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-na kimi davam edəcək səsvermənin şərtlərinə əsasən, https://www.uefa.com/uefaeuro-2020/your-move/ keçidinə daxil olmaq və öz şəhərinizin qalibini seçmək tələb olunur.

Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan "Növbə sənindir" istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək.

UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlayıb və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxıb. Qaliblər Avropa çempionatı çərçivəsində tədbirlərdə, eləcə də fan-zonalarda və kubok turları zamanı matçlarda iştirak etməklə öz ev sahibi şəhərlərini təmsil edəcəklər.

Səs verən hər kəs avtomatik olaraq final oyunu və ya ev sahibi şəhərdə təşkil olunan hər hansı matç üçün biletlər, imzalı futbol forması və ya futbol topu qazanmaq imkanı verən mükafat lotereyasında iştirak imkanı əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest