Qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycan – Hollandiya matçının ən yaxşıları açıqlanıb. Matc.az saytı xəbər verir ki, millimizin 0:3 (15:25, 23:25, 23:25) hesabı ilə məğlub olduğu qarşılaşmanın ən məhsuldar oyunçusu rəqib voleybolçu Slyutes Lonneke olub. O, 18 xal toplayıb. 
 
Yığmamızın ən yaxşısı isə kapitan Odina Əliyeva olub. O, 13 xalla yadda qalıb.
 
Yığmamızın heyətində Polina Rəhimova 9, Yelizaveta Səmədova 8, Marqarita Əzizova 6, Mariya Kirilyuk 4, Ayşən Abduləzimova 3, Olena Həsənova və Kristina Yaqubova isə 2 xal qazanıblar. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest