İspaniya milli komandası Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda Çexiya seçməsini 3:1 hesabı ilə məğlub edib. Qarşılaşma Oviedo şəhərində baş tutub.

Matc.az xəbər verir ki, ispanların heyətində Lamin Yamal (6-cı dəqiqə), Rodri (35) və Mikel Merino (89) fərqləniblər. Çexiyanın yeganə qolunu İrji Slama (69) vurub. Qarşılaşmanın 85-ci dəqiqəsində isə çexiyalı futbolçu Ladislav Kreyçi meydandan qovulub.

Bu qələbə sayəsində İspaniya yığması məğlubiyyətsizlik seriyası üzrə şəxsi rekordunu yeniləyərək bu göstəricini 41 matça çatdırıb. İspanlar İtaliya millisinin 2018-2021-ci illərdə qeydə alınan 37 oyunluq məlubiyyətsizlik rekordunu geridə qoyublar. İspaniya yığması turnirin ilk oyunlarında İngiltərə (3:2) və Xorvatiya (4:1) seçmələrini də üstələməyi bacarıb.

Hazırda İspaniya komandası topladığı 9 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti yerlərdə müvafiq olaraq İngiltərə (6), Xorvatiya (3) və Çexiya (0) qərarlaşıb.

Növbəti turda İspaniya millisi səfərdə Xorvatiyanın qonağı olacaq, çexlər isə ingilislərlə qarşılaşacaqlar. Oyunlar oktyabrın 6-da keçiriləcək.

Qeyd edək ki, elita divizionunda qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Sonuncu pillənin sahibləri aşağı diviziona düşəcək, üçüncü yerlər isə yerini qorumaq üçün pley-off matçlarına çıxacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest