Elçin Məsiyev Millətlər Liqasının IV turunda Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məsiyev Millətlər Liqasının IV turunda Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.

Oktyabrın 5-də Buxarestdə keçiriləcək oyunda Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının IV qrupunda keçiriləcək oyun sabah Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest