“Barselona”nın İspaniya La Liqasının 2-ci turu çərçivəsində öz meydanında “Betis”i 5:2 hesabı ilə məğlub etdiyi matç müdafiəçisi Jerar Pike üçün əlamətdar olub. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, “Barselona”nın heyətində 500-cü matçına çıxıb. 
 
2008-ci ildən Kataloniya klubunun şərəfini qoruyan müdafiəçi, bu müddət ərzində “Barselona” ilə 8 dəfə İspaniya çempionluğunu, 6 dəfə İspaniya kubokunu, 6 dəfə İspaniya superkubokunu, 3 dəfə Çempionlar Liqasını, eyni sayda UEFA superkubokunu və klublararası dünya çempionluğunu qazanıb.
 
Pikenin “Barselona” ilə müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest