"İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi"

"Qarabağ" hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü". Matc.az saytının məlumatına görə, bunu "Linfild"in baş məşqçisi Devid Hili deyib. Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 3:2 hesabı ilə qalib gəldiyi "Qarabağ"a cavab görüşündə məğlub olaraq (1:2) mübarizəni dayandırıb.

Oyunsonrası mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Qarabağ"ın güclü olduğunu qəbul edir və onların layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram".

- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?
- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.

- Bəlkə komandanızda oyun bütövlüyü yoxdu...
- Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. "Qarabağ" bizdən fərqli, tam peşəkar komandadı.

- Sizi Belfasta uzun yolçuluq gözləyir. Təyyarədə ən çox kimi nə nəyi xatırlayacaqsınız?
- Bakını xatırlayacam. Burda çox gözəl münasibətlə qarşılaşdıq. "Qarabağ"a təşəkkür etmək və uğurlar arzulamaq istəyirəm.

- Hər iki oyunda "Qarabağ" üstün olsa da, çətinliklə qalib gəldi. Rəqiblə başabaş mübarizə aparmağı hansı keyfiyyət sayəsində bacardınız?
- Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi.

- Sizcə, bu gün ən yaxşı oyunçunuz kim idi?
- Bir nəfəri seçmək çətindi. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. "Qarabağ"dan isə Zubir və Almeydanın hərəsinə 1 milyon verməyə dəyər.

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest