İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, 6 oyunçu bu ada iddia edir.

Namizədlərdən 3-ü "Mançester Siti"də çıxış edir ki, bunlar Serxio Aquero, Kevin De Bruyne və Rahim Sterlinqdi. Həmçinin Roberto Firmino ("Liverpul"), Teemu Pukki ("Norviç") və Eşli Barns ("Bernli") də ən yaxşı seçilə bilər.

Adıçəkilən oyunçuların hamısı avqustda 4 görüşdə iştirak edib. Bombardirlər yarışına başçılıq edən Aqueronun aktivində 6, Pukki ilə Sterlinqdə isə 5 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest