Qadın voleybolçular arasında Avropa çempionatında finalçılar bəlli olub. Matc.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada keçirilən qitə birinciliyinin ilk yarımfinalında Serbiya və İtaliya kollektivləri üz-üzə gəliblər.
 
Görüş gərgin başlayıb. Oyunun gedişində hər iki komanda üstünlük qazansa da, son çempion rəqibinə yalnız bir set qazanmağa imkan verib. 4 hissə davam edən qarşılaşmada iki il əvvəl Bakıda çempion adını qazanan Serbiya 3:1 hesablı qələbni bayram edib.
 
Digər yarımfinal görüşündə isə meydan sahibi Türkiyə millisi Polşa ilə qarşılaşıb. Bu görüşdə də qardaş ölkə təmsilçisi 3:1 hesabıyla qalib gəlib.
 
Bununla da, Serbiya və Türkiyə yığmaları finalda oynamaq şansı əldə ediblər. İtaliya isə Polşa ilə bürünc medal uğrunda mübarizə aparacaq. Hər iki qarşılaşma sabah – sentyabrın 8-də baş tutacaq.
 
Avropa çempionatı
Yarımfinal
7 sentyabr
 
Serbiya - İtaliya 3:1 (25:22, 25:21, 21:25, 25:20)
 
Türkiyə – Polşa 3:1 (25:17, 25:16, 14:25, 25:18)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest