Fransanın nüfuzlu "L'Équipe" nəşri 2026-cı il "Qızıl top" mükafatı uğrunda mübarizədə beş favoritin adını açıqlayıb və nominantların şəkillərini qəzetin üz qabığına çıxarıb.

Matc.az xəbər verir ki, səsvermədə qələbəyə əsas namizədlər ingiltərəli Harri Keyn ("Bavariya"), argentinalı Lionel Messi ("İnter Mayami"), ispaniyalı Lamin Yamal ("Barselona"), həmçinin fransalılar Kilian Mbappe ("Real") və Usman Dembeledir (PSJ).

Hazırda futbolda ən nüfuzlu fərdi mükafatın sahibi PSJ-nin fransalı vingeri Usman Dembeledir.

2026-cı il "Qızıl top" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-sı, bazar ertəsi gününə planlaşdırılıb. Tədbir Londonda baş tutacaq. Mərasim tarixdə yubiley – 70-ci olacaq.

Qalib FİFA reytinqində ilk 100 yeri tutan ölkələri təmsil edən 100 jurnalistin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest