Almaniya millisinin heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, yığmanın müdafiəçisi Mattias Ginter zədələnib.

Şimali İrlandiyaya qarşı AVRO-2020-nin seçmə mərhələ oyununda zədələnən Ginter görüşün 40-cı dəqiqəsində əvəzlənib. Mönhenqladbax “Borussiya”sının şərəfini qoruyan müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Almaniya millisi seçmə mərhələnin VI turunda Şimali İrlandiya yığmasını 2:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest