PSJ-nin hücumçusu Neymarın atası Neymar JR yerli mətbuata maraqlı müsahibə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, oğlunun menecerliyini edən ata Neymar "Barselona" variantının hələ də qaldığını bildirib.

O, klublar arasında danışıqların tam yekunlaşmadığını və keçidin yanvarda baş tuta biləcəyini vurğulayıb: "Braziliyalılar yalnız xoşbəxt olduğu yerdə olmaq istəyir. Oğlum "Barselona"da xoşbəxt idi. İndi xüsusi satınalma miqdarı yoxdu və bu, vəziyyəti çətinləşdirir. Transferin reallaşması üçün ortaq dil tapmağa çalışdıq. Neymar yenidən Messi və digərləri ilə birlikdə "Barselona"da oynamaq istəyir. Bu transfer hələ də baş tuta bilər. çünki klublar arasında danışıqlar davam edir".

Qeyd edək ki, "Barselona" yay fasiləsində Neymarı qaytarmağa çalışsa da, PSJ-nin yüksək tələbi kataloniyalıları geri addım atmağa vadar edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest