PSJ-nin yarımmüdafiəçisi Marko Verratti uzun müddət komandada qalmaq qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı futbolçu yeni müqaviləyə qol çəkəcək.

Bununla bağlı danışıqlar artıq müsbət yekunlaşıb. Oyunçunun meneceri Mino Rayola və PSJ-nin idman direktoru Leonardo arasında anlaşmaya əsasən, yeni sözləşmənin müddəti 2024-cü ilə qədər olacaq. 26 yaşlı yarımmüdafiəçinin maaşında da artım ediləcək. Belə ki, Verratti bundan sonra illik 11 milyon avro məvacib götürəcək.

Qeyd edək ki, Marko Verrattinin hazırkı müqavilə müddəti 2021-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest