"Marsel"in yarımmüdafiəçisi Dimitri Paye diskvalifikasiyaya məruz qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun hakimi söyməsi olub.

Belə ki, Liqa1-in VI turunda "Monpelye" ilə ev oyununun son dəqiqələrində sarı vərəqə alan 32 yaşlı hücumameyilli oyunçu hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Qarşılaşmanın baş hakimi Amauri Deler raportunda futbolçunun meydandan çıxarkən onu üç dəfə söydüyünü yazıb. Bu üzdən yerli Nizam-İntizam Komitəsi ona 4 oyunluq cəza kəsib.

Qeyd edək ki, "Marsel" - "Monpelye" matçı 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest